Təlim-məşq toplanışı üçün Yevlaxda olan “Kəpəz” hazırlıq planına uyğun olaraq yoxlama oyunu keçirməli idi. Sportarena.az xəbər verir ki, “sarı-göylər” sentyabrın 4-də “Şəmkir”lə qarşılaşmalı olsa da, oyunun vaxtında dəyişiklik edilib.
Birinci divizion təmsilçisinin xahişinə əsasən, matç bir gün tez baş tutacaq. Beləliklə, “Kəpəz” - “Şəmkir” görüşü sentyabrın 3-də saat 16:00-da Yevlax şəhər stadionunda reallaşacaq.