Elvin Məmmədov məşqlərə başladı: "Üzücü olsa da, həyat davam edir"

19:37 1 Sentyabr 2015

Atasının vəfatə ilə əlaqədar bir neçə gün məşqlərdən uzaq qalan "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov bugündən etibarən məşqlərə başlayıb. Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında baş verənləri dəyərləndirib. Məmmədov ona dəstək olan hər kəsə minnətdarlıq edib:

 

"Hər kəs bir gün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən, zəng edən, yazıb başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boys"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsi ilə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bugündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm".


Digər xəbərlər

Xəbər xətti