Azərbaycanlı hakim Rəhim Həsənov 21 yaşadək futbolçular ibarət komandalar arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.
Sportarena.az xəbər verir ki, FİFA referisi Çexiya - Malta matçınə idarəedəcək. Onun köməkçiləri Namiq Hüseynov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Malta oyunu sentyabrın 4-ü Bakı vaxı ilə saat 21:00-da başlayacaq.