"Qəbələ" Ukrayna toplanışına başladı

10:55 2 Sentyabr 2015

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. Otelin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun futbolçuları bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.

 

Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti