Avroliqada "Qarabağ"la eyni qrupda yer alan "Tottenhem" aparıcı futbolçusunu göndərib. Sportarena.az xəbər verir ki, London klubu Aron Lenonla yollarını ayırıb.
28 yaşlı cinah yarımmüdafiəçisi karyerasını yenə "Dumanlı Albion"da davam etdirəcək. Çünki "Tottenhem" Lenonu "Everton"a satıb. Ulduz futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu məhz “Tottenhem”ə qarşı keçirəcək. Bu görüş sentyabrın 17-də Londonda baş tutacaq.