Məlum olduğu kimi, "Rəvan”ın U-19 komandasının UEFA Gənclər Liqasının ilk mərhələsində qarşılaşacağı rəqibin adına aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, "aslanlar" ilk etapda Moskva "Spartak”ı ilə görüşəcək.
Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, komandamızın növbəti mərhələdəki rəqibi də artıq məlumdur. Təmsilçimiz "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək. II mərhələnin görüşləri 3-4 və 24-25 noyabrda oynanılacaq.