Çexiyalı referi Miroslav Zelinkaya yeni təyinat verilib. Sportarena.az xəbər verir ki, "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Serbiya - Ermənistan oyununu idarə edəcək. Qarşılaşma Novi Sad şəhərində yerləşən "Karadorde" stadionunda keçiriləcək.
Qeyd edək ki, 2014-cü il dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu İtaliya "İnter"inin qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb. Öz növbəsində "Dnepr" Avroliqanın finalınadək irəliləyib və yalnız həlledici görüşdə İspaniya "Sevilya"sına uduzaraq, kuboksuz qalıb.