K-1 döyüşçüsü Zabit Səmədov zədələnib. Sportarena.az xəbər verir ki, Qroznıda keçirilən döyüşdə əlindən zədələnən idmançı həkimlərin qərarını gözləyir.
Zədə ciddi olacağı təqdirdə Səmədov Almaniyadakı klinikalardan birində cərahiyyə əməliyyatı olunacaq. İlkin rəyə əsasən idmançı yalnız 1 aydan sonra yüngül məşqlərə başlayacaq.
Qeyd edək ki, son dəfə Çeçenistanın paytaxtı Qroznı şəhərində “Akhmat Fight Show” çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı Zabit Səmədov “Bosniyalı maşın” ləqəbli Dzevad Poturakla üz-üzə gəlib. Üçraundluq qarşılaşmadan sonra hakimlər yekdilliklə qələbəni Zabit Səmədova veriblər. Bu Zabitin karyerasında keçirdiyi 85-ci döyüşdə 75-ci qələbəsi olub.