Makedoniyalı futbolçu problemini həll edib, "Qarabağ"la müqavilə bağladı

16:15 2 Sentyabr 2015

“Qarabağ”ın heyətinə qatmaq istədiyi Makedoniya millisinin üzvü Vladimir Dimitrovskinin transferi baş tutub. Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu Yunanıstanın "Kerkira" klubu ilə yaranan problemi həll edib. Sabiq komandasından sənədlərini götürən Dimitrovski artıq "Qarabağ"ın futbolçusudur. Onunla 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, son klubu “Kerkira” olan Vladimir Dimitrovski hazırda Makedoniya millisinin heyətində Avro-2016-nın seçmə mərhələ oyunlarına hazırlaşır. 27 yaşlı müdafiəçi sentyabrın 8-də İspaniya ilə keçiriləcək qarşılaşmadan sonra Azərbaycana gələrək yeni komandasına qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti