AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan İtaliya seçməsi ciddi itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, "Skuadra Adzurra" Sebastian Covinkonu itirib.
Bir müddət öncə zədələnən 28 yaşlı yarımmüdafiəçinin ağrıları olduğundan, qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
İtaliya millisinin baş məşqçisi Antonio Konte Covinkonun əvəinə "Napoli"nin yarımmüdafiəçisi Lorenzo İnsinyeni düşərgəyə dəvət edib.