"Qarabağ"dan 2 rəsmi transfer

18:28 2 Sentyabr 2015

Ötən mövsüm "qızıl dubla"a sahib çıxmış, ardıcıl 2-ci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" transfer pəncərəsinin son günündə 2 keçidi rəsmiləşdirib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın ilk transferi Samuel Kristian Nunyez Jansson Armenterosdu. 25 yaşlı futbolçunun son klubu Hollandiya erediviziya təmsilçisi "Vilhem II" olsa da, o, "Anderlext"ə məxsusdur. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasında 29 oyunda 11 qol vurub. Daha öncə "Feyenord"un da formasına geyinən forvardla 2 illik müqavilə bağlanılıb.

 

"Qarabağ"ın digər transferi isə Migel Markos Maderadı. İspaniyalı yarımmüdafiəçinin sonuncu klubu "Makkabi" (Hayfa) olub. Karyerasına "Sportinq"də (İspaniya) başlayan 29 yaşlı futbolçunun "Birmingem"in ardından "AEK"ə keçib. Karyerasının ən yaxşı dönəmi isə ölkəsində "Xetafe"də keçirib. 3 il La liqada oynayan "Michel" ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib.

 

Hər 2 futbolçuyla 2 illik müqavilə bağlanılıb. Adı çəkilən futbolçuların adları Avropa Liqasına göndərilmiş siyahıya salınıb.


Digər xəbərlər

Xəbər xətti