"Səfərdə rəqibə böyük hesabla məğlub olmuşuq və bu, son illərin ən acı məğlubiyyəti olub. Çalışırıq ki, bu haqda düşünməyək".
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Xorvatiya yığması ilə "Avro-2016"nın seçmə qrup matçı öncəsi mətbuat konfransında belə deyib. O, meydana rəqib komandanın fikirləri əsasında yox, bütün tapşırıqları yerinə yetirmək üçün çıxacaqlarını bildirib:
"Biz sabah Azərbaycan millisini təmsil edəcəyik. Çalışacağıq ki, təxribata getməyək, ancaq aqressiv oyun oynayacağıq. Rəqibin heyətində ulduz futbolçular var, amma bu, böyük önəm daşımır. Müasir futbolda məşqçi amili böyük rol oynayır. Bizim oyun üslubumuz, sistemimiz yüz faiz dəyişib. Bu səbəbdən gücü məşqçidə görmək normaldır".