Malta millisinin hücumçusu Andre Şembri "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya və Azərbaycanla oyunlar haqda danışıb. Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu oyunlardan xalla ayrılmaq istədiklərini deyib:
"Seçmə mərhələdə bizi iki önəmli matç gözləyir. Hazırda İtaliya ilə oyuna hazırlaşırıq. Ancaq unutmamalıyıq ki, evdə Azərbaycanla vacib görüşümüz var. Hər zaman deyirəm, ilk 15 dəqiqə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Komandadamız qələbə istəkli futbolçuların olması yaxşı haldır. Ümid edirəm ki, hər iki oyundan xalla ayrılacağıq. Çünki bizim yaxşı oyun sərgiləməyə yox, xala ehtiyacımız var".
Qeyd edək ki, sabah İtaliyanın qonağı olacaq Malta yığması 3 gün sonra evdə millimizi qəbul edəcək.