"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Rusiyanın "Krasnodar" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Sportarena.az xəbər verir ki, qonşu ölkə təmsilçisi 20 futbolçu sifariş edib.
Onlardan ikisi qapıçı, altısı müdafiəçi, doqquzu yarımmüdafiəçi, üçü isə hücumçudur.
Qapıçılar: 31. Andrey Dikan, 88. Andrey Sinitsin;
Müdafiəçilər: 3. Stefan Strandberq, 5. Artur Yendjeyçik, 6. Andreas Qranqvist, 15. Nikolay Markov, 17. Vitali Kaleşin, 27. Raqnar Siqurdsson;
Yarımmüdafiəçilər: 4. Dmitri Torbinski, 7. Pavel Mamayev, 8. Yuri Qazinski, 10. Odil Ahmedov, 18. Vladimir Bıstrov, 21. Rikardo Laborde, 33. Maurisio Pereyra, 68. Andrey Batyutin, 98. Sergey Petrov;
Hücumçular: 9. Ari, 14. Vanderson, 90. Fyodor Smolov.
Qeyd edək ki, "Krasnodar" və "Qəbələ" ilə yanaşı, "C" qrupunda Almaniyanın "Borussiya" (Dortmund) və Yunanıstanın PAOK komandaları da yer alır.