Niko Kovaç: "Azərbaycan düzgün müdafiə olundu"

00:05 4 Sentyabr 2015

Biz 90 dəqiqə qol vurmaq üçün çalışdıq. Təəssüflər olsun ki, bacarmadıq. Azərbaycan düzgün müdafiə olundu. Görünür ki, Prosineçkinin gəlişindən sonra Azərbaycan millisi düzgün futbol oynayır, tək müdafiə olunmur”.


Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç "Avro-2016"nın seçmə mərhələsində yığmamızla oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

 

O, qalib gələ bilməmələrinin səbəbini belə izah edib: “Bir neçə futbolçum qol imakanından istifadə edə bilmədi. Sözsüz ki, rəqib də düzgün müdafiə olundu. Ancaq biz 8-9 qol şansını qaçırdıq”.

 

N.Kovaç komandanın kapitanı Luka Modriçi əvəzləməsinin səbəbini də deyib: "Modriçin zədəsi yoxdur. Sadəcə bizim 3 gündən sonra çətin oyunumuz olacaq. Hava isti idi, rəqib də güclü oynadı. Növbəti matçı da nəzərə alıb Modriçi əvəzlədim".

 

N.Kovaç millimizin “pley-off”a çıxmaq şansını da dəyərləndirib: "Getdikcə oyunların sayı azalır. Azərbaycanın cəmi beş xalı var. Üçüncü pillədə olan Norveçin isə 10 xalı var. Məncə, komandanızın “pley-off”a çıxmaq şansı çox azdır


Digər xəbərlər

Xəbər xətti