“İnanmıram ki, Çingiz Abdullayev belə danışsın. Onun sözləri yəqin səhv başa düşülüb”.
Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin “Biz gələndə klubun 3 milyon dollara yaxın borcu var idi” açıqlamasını şərh edən klubun keçmiş prezidenti Şura sədrinin belə söz dediyinə inanmadığını bildirib:
“Biz komandanı təhvil verəndə futbolçuların və klub işçilərinin iki aylıq əmək haqqı verilməmişdi. O da müvəqqəti çətinlikdir, olur belə şeylər. Sonra sponsor bu məsələni də həll edib. Bizim vaxtımızda “Neftçi” kollektiv tərəfindən idarə olunub və hər şey de tam şəffaf olub. Bir daha deyirəm, Çingiz müəllimin belə danışdığına inanmıram”.