Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Xorvatiya millisi ilə 0:0-lıq heç-heçə edib. Sportarena.az "qafqazinfo"ya istinadən xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlama verib.
Federasiya rəsmisi Azərbaycan millisinin sabiq almaniyalı çalışdırıcısı Berti Foqtsla bağlı da danışıb. O bildirib ki, Berti Foqts hər oyundan öncə və ya sonra ona mesaj yazır: “Berti Foqts gedəndən sonra bizimlə maraqlanır. Bundan əvvəlki oyunlarda da təbriklər yazıb(telefonunda Berti Foqtsun mesajlarını göstərir). Xorvatiya ilə oyundan öncə də mənə mesaj yazmışdı. Bu o deməkdir ki, onun ürəyi hələ də bizimlədir”.