Millinin oyunları ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədə doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” istirahət edir.
Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, əvəzedici heyətlə sentyabrın 2-də keçirilən yoxlama oyunundan sonra sərbəst buraxılan komanda sentyabrın 5-də yenidən bir araya gələcək. Komanda sentyabrın 10-a qədər hazırlıqlarını Lənkərandakı bazasında davam etdirəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la səfərdə qarşılaşacaq.