"Tahir Süleymanov çox sağ olsun ki, dediklərimə münasibət bildirməklə borcların yaranma səbəblərini də açıqlamış oldu. Futbolçular 2013/2014-cü il mövsümündə keçirilmiş final oyununa görə müqavilələrində yazılmış mükafatları hələ indiyə kimi də almayıblar".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib. Klubun sabiq rəhbərliyinin əvvəlki borclarla bağlı açıqlamasına münasibət bildirən Abdullayev Tahir Süleymanovun "bostanına da daş atıb".
"Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi. Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar".