Cüdo federasiyası da Rövnəq Abdullayevə tapşırıldı

17:04 4 Sentyabr 2015

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib. Sportarena.az xəbər verir ki, Cüdo Federasiyasından verilən məlumatda bildirilir ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident seçilib.

 

Federasiyadan o da bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra kimlərin federasiyada qalıb-qalmayacağı da dəqiqləşəcək.

 

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi (virtualaz.org).


Digər xəbərlər

Xəbər xətti