Qaradan xanım azarkeşə jest: "Forma yaş olsa da, əynimdən çıxarmadım"

17:29 4 Sentyabr 2015

Dünən Bakıda baş tutan Azərbaycan - Xorvatiya oyununda maraqlı anlar yaşanıb. Sportarena.az azxeber.com-a istinadən xəbər verir ki, yığmanın və "Qarabağ"ın futbolçusu Qara Qarayev formasını azarkeşə hədiyyə edib.

 

Matçın ilk yarısından sonra futbolçular soyunub-geyinmə otağına gedərkən Qara Qarayev tribunalara yaxınlaşıb və formasını xanıma verib.

 

Bu azarkeş isə tanınmış teleaparıcı Mələk Heydərova olub. Xanım azarkeş Qaranın formasını geyinib və oyununu forma ilə izləyib.

 

Sosial şəbəkədəki paylaşımında isə yazıb: "Forma yaş olsa da, oyunun sonuna qədər əynimdən çıxarmadım".

 

Həmin görüntüləri və xanım aparıcının fotolarını təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti