“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən "Monako" da iştirak ərizəsini UEFA-ya təqdim edib. Sportarena.az xəbər verir ki, knyazlıq təmsilçisi cəmi 18 futbolçu sifariş edib.
Onlardan ikisi qapıçı, yeddisi müdafiəçi, səkkizi yarımmüdafiəçi, dördü isə hücumçudur.
Qapıçılar: 1. Daniel Subaşiç, 16. Pol Nardi;
Müdafiəçilər: 2. Fabinyo, 4. Fabio Koentrao, 6. Rikardo Karvalyo, 13. Uollas, 21. Elderson, 24. Andrea Racci, 38. Almami Ture;
Yarımmüdafiəçilər: 7. Nabil Dirar, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 14. Temuz Bakayoko, 20. Mario Paşaliç, 23. Adama Traore, 27. Tomas Lemar, 28. Jeremi Tulalan;
Hücumçular: 11. Quido Karrilyo, 17. İvan Kavaleyro, 9. Lasin Traore, 22. Stefan Əl-Şaravi.
Qeyd edək ki, “Monako” və “Qarabağ”la yanaşı, “J” qrupunda İngiltərənin “Tottenhem” və Belçikanın “Anderlext” komandaları da yer alır.