Perişiç: "Azərbaycan doğma meydanda düzgün müdafiə olundu"

18:53 4 Sentyabr 2015

Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, qolsuz bərabərlik haqda danışan futbolçu bunları deyib:

 

"Belə şəraitdə yaxşı oynadıq. Qol vurmaq üçün şanslarımız da oldu. Sadəcə, yararlana bilmədik. Azərbaycanlılar ağıllı oynadılar. Qol vura bilmədiyimizə görə bir qədər əsəbi və həyəcanlı idik, tələsirdik. Amma rəqib doğma meydanda düzgün müdafiə olundu. Məyusam. Aydın məsələdir ki, nəyəsə asanlıqla nail olmaq olmur. Sonuncu oyunumuza qədər mübarizə aparacağıq. Osloda qələbə bizə AÇ-nin final mərhələsinə vəsiqənin qapısını açacaq".


Digər xəbərlər

Xəbər xətti