"Qarabağ" daha bir transferi bitirib. Sportarena.az xəbər verir ki, Ağdam klubu Vladimir Dmitrovskinin keçidini həll edib. Makedoniyalı müdafiəçi qarşıdakı 2 ildə Ağdam klubunun şərəfini qoruyacaq.
"Kerkira" ilə problemlərini həll edən makedoniyalı müdafiəçi təcili Yunanıstana getmək məcburiyyətində qaldığından, millinin düşərgəsindən qəfil ayrılmışdı. "Qarabağ" azad agent statusu alan 29 yaşlı legioneri Avroliqada oynada bilməyəcək. O, cari ilin sonunadək yalnız ölkədaxili yarışlarda forma geyinəcək.
Qeyd edək ki, bu haqda ilk məlumatı sportinfo.az saytı yayıb.