AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib.
Sportarena.az supersport.az saytına istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib.
Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, E.Məmmədyarovu da sevindirib. Maraqlıdır ki, nazir heç-heçəni fit çalmağla qeyd edib. Xatırladaq ki, bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qayayev, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev də qarşılaşmanı canlı izləyib.