“Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik”.
Sportarena.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə deyib. O, "AÇ-2017"nin seçmə mərhələsi çərçivəsində evdə Avstriyaya məğlub olduqları (0:2) oyunu şərh edib.
"Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq”.