Verner Qreqorits: "Hesabda 2 top üstünlüyümüz olsa belə..."

01:03 5 Sentyabr 2015

“Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri 21 yaşlılardan ibarət Avstriya millisinin baş məşqçisi Verner Qreqorits yığmamızla oyundan (2:0) sonra deyib. O, millimiz üzərində qələbənin asan olmadığını bildirib:

 

"Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram".


Digər xəbərlər

Xəbər xətti