"Xəzər Lənkəran" "Qarabağ"la oyunun hazırlıqlarına başlayır

14:56 5 Sentyabr 2015

Doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” iki günlük istirahətin ardından bu gün, sentyabrın 5-də yenidən bir araya gəlir.

 

Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq toplanacaq komanda saat 19:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq. Qarşıdakı beş gün ərzində də komanda hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.

 

Qeyd edək ki, milli komandaların düşərgələrində olan (A milli) Rahid Əmirquliyev, Ruslan Abışov, Elnur Cəfərov, Vüqar Nadirov, eləcə də (U 21) Orxan Əliyev və İlyas Səfərzadə hazırlıqlara sentyabrın 8-dən etibarən qatılacaqlar. Zədəsini sağaltmaq üzrə olan Sadio Tounkaranın isə çalışmalarda tam qüvvə ilə iştirak edəcəyi gözlənilir.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la səfərdə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti