Gürcüstan yığması Avro-2016-nın seçm mərhələsi çərçivəsində dünən Şotlandiya ilə qarşılaşıb. Sportarena.az xəbər verir ki, Kazaişvilinin 38-ci dəqiqədə vurduğu qolla gürcülər meydandan 3 xalla ayrılıblar. Komanın baş məşqçisi Kaxaber Sxadade oyunla bağlı fikirlərini açıqlayıb:
"Bu cür oyunlar seriyasına nail olmalıyıq. Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir. Növbəti oyunumuz daha çətin rəqibə - İrlandiyaya qarşı olacaq. Artıq bu matç barədə düşünməliyik. Əgər işə peşəkar yanaşırıqsa, bir qələbəni 1 ay ərzində bayram etməməliyik. Yalnız o halda bizdə nəticə olacaq".
Qeyd edək ki, İrlandiya – Gürcüstan görüşü sentyabrın 7-də keçiriləcək.