"Zirə"nin hücumçusu Nurlan Novruzov ayağının sınması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Sportarena.az xəbər verir ki, ötən mövsümün bombardiri şəxsi "facebook" hesabı vasitəsilə söz-söhbətlərə aydınlıq gətirib:
"Bəzi idman saytlarında yazılıb ki, ayağım sınıb. Şükürlər olsun ki, belə bir şey yoxdu. Sadəcə, bərk əzilib. İnşallah, 2-3 günlük bir şeydi".