"Xəzər Lənkəran"lılardan milli komandada ilk dubl

11:42 7 Sentyabr 2015

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib.

 

"Avro-2016"nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan oyununda (2:2) meydana çıxan R.Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub.

 

Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri klubun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə "DÇ-2014"ün səfərdəki seçmə oyununda vurub.


Digər xəbərlər

Xəbər xətti