Bosniya və Herseqovina millisi "Avro-2016"nın seçmə mərhələsində Andorra ilə qarşılaşıb. Sportarena.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Ermin Zets ilk dəqiqələrdən meydanda olub.
Oyun Bosniya və Hersoqovina seçməsinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolun ötürməsini də məhz 27 yaşlı forvard verib.
Xatırladaq ki, bu qələbədən sonra xalını 11-yə yüksəldən Bosniya və Hersoqovina yığması turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasının heyətində yer alan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Andorra ilə görüşdə iştirak etməyib.