"Neftçi İK"nın üvzlərindən dünya birinciliyində 2 medal

12:30 7 Sentyabr 2015

Bolqarıstanın Kranevo şəhərində 64 xanalı dama üzrə gənclər arasında dünya birinciliyi keçirilib. Sportarena.az xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən yarışa 10 ölkədən 250-yə qədər idmançı qatılıb.

 

Sürətli dama proqramında 19-23 yaşlı gənclər arasında "Neftçi İdman Klubu”nun yetirməsi Zeynal Rəşidli 3-cü yeri tutub. Avropa çempionu Ülkər Babanlı isə 10 yaşadək qızlar arasında klassik proqramda məğlubiyyət tanımayıb. O, 16 nəfər arasında 7 oyunda 9 xal toplayaraq bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti