"Avro-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan” bu gün Bakıya dönüb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda dünən son yoxlama oyununa çıxıb.
Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də oynayıb. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirib və görüş qolsuz bərabərliklə yekunlaşıb.