"Bu gün iki xal itirdik" - Malta ilə oyunun qəhrəmanı

14:53 7 Sentyabr 2015

Milli komandamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilən oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Oyun haqda nə deyə bilərsiniz?

- Oyundan öncə də dediyim kimi, çətin oyun oldu. Amma biz Maltaya qarşı yaxşı oynadıq. Rəqib sanki meydana ancaq müdafiə olunmaq üçün çıxmışdı. Bütün oyunu hücuma keçirdik. Sadəcə, buraxdığımız iki səhv qapımıza vurulan qollarla nəticələndi. Malta hər iki səhvimizdən maksimum istifadə etdi.

 

- Dubla imza atsanız da, bu, qələbə üçün yetərli olmadı...

- Düzünü deyim ki, iki qol vuracağımı gözləmirdim. Amma belə alındı (gülür). Kimin qol vurmasının önəmi yoxdur. Əsas komandamızın uğur qazanmasıdır.

 

- Amma qrupun autsayderi ilə heç-heçə heç də uğur kimi dəyərləndirilə bilməz...

- Biz qələbə qazanmaq istəyirdik. Üçüncü qolu vurmaq üçün də çox çalışdıq. Amma vaxt çatmadı. Bir sözlə, bu gün iki xal itirdik.

 

- Sizcə, qələbə qazana bilməməyimiz müdafiə xəttinin səhvləri ilə əlaqədardır, ya hücum xəttinin ələ düşən şanslardan yaxşı yararlana bilməməsiylə?

- Müdafiədə səhvlər var idi. Hücumda da qol şanslarından yaxşı yararlana bilmədik. Sonda da heç-heçə qeydə alındı.


Digər xəbərlər

Xəbər xətti