Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib.Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.
Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komanda sabah "Kapital Bank Arena"da 10:30-da növbəti məşqinə çıxacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.