4 şahmatçımız üçün yeni dərəcə

15:33 7 Sentyabr 2015

2005-2008-ci il təvəllüdlü uşaqlar və 2000-2004-cü il təvəllüdlü yeniyetmələr arasında I dərəcə uğrunda yarışlar keçirilib. Sportarena.az xəbər verir ki, 2 №-li UGŞİM-də təşkil olunan turnirdə 65 nəfər (11 qız) iştirak edib.

 

10 yaşadək oğlanlar və qızlar arasında keçirilən yarışda birinci yerə 7 xalla Ramil Əhmədov (2 №-li UGŞİM) yiyələnib. O, ən yaxın izləyicisi Rəvan Məmmədovla (2 №-li UGŞİM) eyni xal toplasa da, əlavə göstəricilərə görə üstün olub. “Üçlüyü” isə onlardan 0,5 xal geri qalan Nihat Əkbərov (RİOEUGŞM) qapayıb.

 

15 yaşadək oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7,5 xalla Rövşən Talıblı (HİRŞDK), II yeri 7 xalla Emil İsrafilov (3 №-li UGŞİM) və III yeri 6,5 xalla Cavid Şirməmmədov (2 №-li UGŞİM) tutub.

 

Yarışlarda, həmçinin Əhmədov, Məmmədov, Talıblı və İsrafilov I dərəcə normasını yerinə yetiriblər.

 

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Bakı şəhəri 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Mükafatçılar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kuboklarla təltif olunublar.


Digər xəbərlər

Xəbər xətti