Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Qəbələ” dünən Ukraynada yerli “Çernomorets”lə yoxlama matçı keçirib və 2:0 hesabı ilə qələbə qazanıb. Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” artıq sözügedən ölkədəki toplanışını başa vurub. Əyalət təmsilçisi bu gecə Ukraynanı tərk edib, sabah vətənə qayıdacaq. Əyalət təmsilçisinin heyətində zədədən əziyyət çəkən futbolçu yoxdu.
Qeyd edək ki, “Qəbələ” növbəti matçına sentyabrın 13-də çıxacaq. Roman Qriqorçukun yetirmələri Bakıda Topaz Premyer Liqası çərçivəsində baş tutacaq görüşdə “İnter”in qonağı olacaq.