"Qarabağ" və "Qəbələ"nin Avroliqadakı ev oyunlarının vaxtı dəyişdirildi

16:50 7 Sentyabr 2015

UEFA "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasındakı ev oyunlarının başlama saatını təsdiqləyib. Sportarena.az xəbər verir ki, hər iki komanda rəqiblərindən birini saat 20:00-da, ikisini isə saat 22:00-da qəbul edəcək.

 

"Qəbələ" III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ" isə IV turda Fransanın "Monako" komandasını saat 20:00-da qəbul edəcək. Bu, müvafiq olaraq, oktyabrın 22-nə və noyabrın 4-nə təsadüf edəcək. "Qəbələ"nin ilk və sonuncu turlarda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı, "Qarabağ"ın isə II və V turlarda İngiltərə "Tottenhem"i ilə Belçika "Anderlext"inə qarşı ev oyunları saat 22:00-da başlanacaq.

 

Oyunların saat 20:00-da başlama halı V turda Rusiyanın "Ribun" və "Krasnodar", eləcə də Belarusun "Dinamo" (Minsk) komandalarının müvafiq olaraq, İsveçrə "Syon"u, Almaniya "Borussiya"sı və Çexiya "Viktoriya"sı ilə görüşlərdə də yaşanacaq.

 

Qeyd edək ki, əvvəllər Azərbaycanın "Neftçi" və "Qarabağ", eləcə də Rusiya və Belarus klublarının bütün ev oyunları saat 21:00-da start götürüb.


Digər xəbərlər

Xəbər xətti