Millimiz 2 yoxlama oyunu keçirəcək

17:03 7 Sentyabr 2015

Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin son hazırlıq proqramına aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan “Uraloçka” üzərində 3:1 hesablı qələbə qazanan Faiq Qarayevin yetirmələri sabah ölkəmizi yenidən tərk edəcək.

 

Belə ki, yığmamız sentyabrın 8-də saat 08:00-da İtaliyaya yola düşəcək. Romaya yollanacaq komandamız oradan Florensiya gedəcək. İtaliya və Azərbaycan arasında ilk qarşılaşma da məhz bu şəhərdə nəzərdə tutulub. Sentyabrın 9-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu İtaliyanın baş naziri Mattero Renzinin də izləyəcəyi gözlənilir.

 

Bu komandalar arasında ikinci matç isə Romada təşkil ediləcək. Həmin oyun sentyabrın 10-na təsadüf edəcək. Bu görüşlə komandamızın İtaliya hazırlığı başa çatacaq və yığmamız ertəsi gün yenidən Sloveniyaya yollanacaq. Mariborda son məşqlərini keçəcək voleybolçularımız Avropa çempionatına da buradan gedəcəklər. Onlar sentyabrın 23-24-də qrupumuzun oyunlarının təşkil ediləcəyi Belçikanın Antverpen şəhərində olacaqlar.

 

Qeyd edək ki, Belçika və Hollandiyanın ev sahibliyi edəcəyi həlledici mərhələ sentyabrın 26-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti