“Bakı” ilə yoxlama oyununda (4:0) zədələnən "Zirə"nin hücumçusu Nurlan Novruzovun durumuna aydınlıq gəlib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən Novruzovun topuğ bağında yırtıq aşkarlanıb.
Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib.