İtaliyanın "Milan" klubunun hücumçusu Mario Balotelli sürücülük vəsiqəsindən məhrum olub.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu Breşiyada sürət həddini aşıb. Belə ki, maksimum sürət 50 km/saat olan yerdə, Balotelli avtomobili "90”la idarə edib.
"Super Mario" bildirib ki, o, sürət işarəsini görməyib.