Velosipedçimiz Slovakiyada 6-cı oldu

16:57 8 Sentyabr 2015

Azərbaycanın şosse velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 4 üzvü - Musa Mikayılzadə, Tərlan Məmmədov, Kənan Qəhrəmanlı və Xəlil Xəlilov Slovakiyada keçirilən sayca 52-ci "Beynəlxalq Velosiped Günü" turnirində mübarizə aparıblar. Sportarena.az xəbər verir ki, 10 ölkədən 117 velosipedçinin iştirak etdiyi yarışın ilk günü idmançılar əvvəlcə dağ yolları ilə 7 km məsafə qət ediblər.

 

Burada təmsilçilərimizdən ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb - 8-ci yer. Elə həmin gün yarış iştirakçıları kriterium ötüşməsində də mübarizə aparıblar və Kənan Qəhrəmanlı finişi 8-ci keçib.

 

İkinci yarış günündə isə 84 km məsafəyə qrup ötüşməsində Kənan Qəhrəmanlı 12-ci olub. Bu amil velosipedçimizə ümumi təsnifatda 6-cı yeri tutmağa imkan verib.


Digər xəbərlər

Xəbər xətti