Cavid Hüseynovla bağlı növbəti dəfə məhkəməyə müraciət olunacaq

17:52 8 Sentyabr 2015

“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün növbəti dəfə məhkəməyə vəsatətlə müraciət ediləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a C.Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib. Belə ki, Məmmədov özü gələn həftə vəsatəti Səbail rayon Məhkəməsinə təqdim edəcək.

 

Qeyd edək ki, daha əvvəl də Səbail rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb. Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb. Daha sonra “Qəbələ” futbol klubunun sabiq kapitanı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmaması barədə Səbail rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. C.Hüseynovun apelyasiya şikayəti də təmin edilməyib.


Digər xəbərlər

Xəbər xətti