"Qəbələ" istədi, PFL "yox" demədi

18:11 8 Sentyabr 2015

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.

 

Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.


Digər xəbərlər

Xəbər xətti