Madera rəsmən "Qarabağ"da: "Azarkeşlər sona qədər mübarizə aparan futbolçu görəcəklər"

19:02 8 Sentyabr 2015

İspaniyalı futbolçu Migel Markos Maderanın (Miçel) "Qarabağ"a keçidi rəsmiləşib. Sportarena.az xəbər verir ki, artıq Bakıda olan 29 yaşlı yarımmüdafiəçi ilə iki illik müavilə imzalanıb.

 

"Xetafe"nin sabiq yarımmüdafiəçisi klubun rəsmi saytına təəssüratlarını bölüşüb: "Qarabağ"a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son iki ildə çempion olmaları, Avropa Liqasında uğurlu çıxış komandanın hədəflərindən xəbər verir. Tanışlarım vasitəsi ilə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazası ilə, futbolçularla tanış oldum. Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var.

 

"Qarabağ"da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə sözüm odur ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında payım olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".

 

Qeyd edək ki, karyerası ərzində "Sportinq Xixon", "Hetafe" (hər ikisi İspaniya), "Birmingem" (İngiltərə) və AEK (Yunanıstan) komandalarında oynayan Madera ötən mövsümü İsrailin "Makkabi" (Hayfa) klubunda keçirib.


Digər xəbərlər

Xəbər xətti