"Xəzər Lənkəran"ın yeni transferləri - Ruslan Abışovla Vüqar Nadirovun klubdan ayrılacağı, “Neftçi”yə keçəcəkləri haqda söz-söhbət yarandığını xəbər vermişdik. "Ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu mətbuata açıqlamasında bu məlumatların əsassız olduğunu bildirmişdi.
Sportarena.az "komanda.az"a istinadən xəbər verir ki, FİFA-nın cənub klubuna tətbiq etdiyi cəza üzündən Premyer Liqanın ilk üç turunda “Xəzər Lənkəran”a kömək edə bilməyən Abışovla Nadirov hazırda komandanın düşərgəsindədi.
Hər iki futbolçunun son məşqdən çəkilən fotolarını təqdim edirik.