"Qəbələ"nin Ukrayna toplanışı başa çatıb. Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası artıq vətənə dönüb.
Bölgə təmsilçisi "İnter"lə matçın hazırlığını doğma meydanda davam etdirəcək.
Qeyd edək ki, Odessadakı hazırlıq prosesi zamanı "Qəbələ" yerli "Çernomorets"lə yoxlama oyunu da keçirmiş və 2:0 hesablı qələbə qazanmışdı.