Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir. Sportarena.az xəbər verir ki, Yunan-Roma güləşi yarışlarında ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
Bayramov və Şəriəti Olimpiadaya lisenziya əldə etdilər. İlk yarış günündə isə yığma komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanıb.
İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bütün rəqiblərinə qalib gələn Rəsul Çunayev dünya çempionu olub.
59 kq
1/16 final - Rövşən Bayramov - Singh Ravinder (İND) 9:1
1/8 final - Rövşən Bayramov - Von Çol Yun (PRK) 8:7
1/4 final - Rövşən Bayramov - Həmid Soriyan (İRİ) - 2:0
1/2 final - Rövşən Bayramov - Arsen Yeralıyev (KGZ) - 4:0
Final - Rövşən Bayramov - İsmael Borrero Molina (CUB) - 0:8
71 kq
1/16 final - Rəsul Çunayev - Frank Hassli (MON) 5:1
1/8 final - Rəsul Çunayev - Adam Kurak (RUS) 9:0
1/4 final - Rəsul Çunayev - Justin Daşaun Lester (USA) 9:0
1/2 final - Rəsul Çunayev - Tsimur Berdıyev (BLR) 8:0
Final - Rəsul Çunayev - Armen Vardanyan (UKR) 6:4
80 kq
1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (RUS) 3:9
130 kq
1/8 final - Sabah Şəriəti - Balint Lam (HUN) 3:1
1/4 final - Ervin Caraballo (VEN) - Sabah Şəriəti 0:9
1/2 final - Rza Kayalap (ЕГК) - Sabah Şəriəti 6:0
Burunc medal uğrunda görüş - Sabah Şəriəti - Oleksandr Çerneçki (UKR) 0:5
Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.