Almaniyanın "Borussiya" klubu yoxlama oyunu keçirib. Sportarena.az əbər verir ki, Dortmund təmsilçisi səfərdə ikinci Bundesliqa təmsilçisi "Sankt-Pauli" ilə qarşılaşıb.
Oyun dortmundluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 7-ci dəqiqədə Qonsalo Kastro açıbs, 18-ci dəqiqədə Adnan Yanuzay fərqi daha da artırıb. Aşağı liqa klubu 35-ci dəqiqəqə buraxılan qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, Dortmund "Borussiya"sı Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK komandaları ilə bir qrupda yer alır.